Prezident Administrasiyası Avropa Birliyinin maliyyə dəstəyi ilə reallazdırılan layihəyə mane olur

img

17-06-2009 [01:34]


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, bələdiyyələrlə bağlı layihələrinin həyata keçirilməsində hələ də problemlər var. Onun sözlərinə görə, bu gün səhər layihəylə əlaqədar Prezident Administrasiyasının Yerli və Regional İdarəetmə orqanının sektor müdiri ilə görüşüb: ?Bu bizim onunla təxminən onuncu görüşümüzdür. Amma sektor müdiri Ramiq müəllim layihənin reallaşmasına razılıq vermir. Bu gün ondan xahiş etdim ki, layihənin zərəri, reallaşmasının əhəmiyyətsiz olması barədə bizə rəsmi məlumat versin. Lakin Prezident Admnistrasiyasına xeyli məktub ünvanlasaq da, müraciətlərimizin heç birinə rəsmi reaksiya verilməyib. Artıq 6 aydır ki, layihənin icrasında problemlər yaradılır. Prezident Admnistrasiyasından layihədə bəzi dəyişikliklər edilməsinə dair təkliflər verilib. Onların fikrincə, layihə çərçivəsində bələdiyyə assosiasiyalarının, bələdiyyələrin informasiya bazasında əhalinin sosial vəziyyətini əks etdirən kompüter bazasının yaradılmasına gərək yoxdurb, baxmayaraq ki, bunlar bələdiyyələrin sosial proqramlar həyata keçirməsi üçün vacib faktorlardır. Amma biz dəyişikliklər barədə rəsmi məlumat almaq üçün yenidən Prezident Admnistrasiyasına müraciət edəcəyik?. AİB sədri bildirib ki, Prezident Administrasiyasından cavab ala bilməyəcəkləri təqdirdə layihənin icrasından imtina edəcəklər: ?Əgər yenə də heç bir cavab ala bilməsək, mətbuat konfransı keçirərək birmənalı şəkildə layihəni həyata keçirməkdən imtina etdiyimizi bildirəcəyik və bu barədə Avropa Birliyinə məlumat verəcəyik. Çox təəssüflər olsun ki, uzaq kənd bələdiyyələrində, əhalinin sosial vəziyyətinin ağır olduğu yerlərdə treninqlərin keçirilməsinə, ölkə qanunlarının təbliğinə bəzi məmurlar icazə vermir. Bu isə Azərbaycanı Avropa Birliyində daha da hörmətdən salır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA