çimərliklərdə aparılan reydlər gələn həftə yekunlazacaq

img

17-06-2009 [01:30]


Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Abdullayev Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, çimərliklərdə aparılan reydlər gələn həftə başa çatacaq. Onun sözlərinə görə, hava şəraitinin əlverişsizliyi reydlərin bir müddət təxirə düşməsinə səbəb olub: ?Sabahdan etibarən reydlər davam etdiriləcək. Reydlərin nəticələri laboratoriya müayinələrindən sonra bəlli olacaq. Çox güman ki, gələn həftə reydlər yekunlaşacaq və laboratoriya müayinələrindən sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Yalnız onu deyə bilərik ki, hələki təhlükəli məqamlar aşkarlanmayıb?. Qeyd edək ki, ötən il keçirilən reydlər zamanı bəzi çimərliklərdə insan sağlamlığı üçün son dərəcə təhlükəli olan bağırsaq çöpləri aşkarlanmışdı və həmin çimərliklərə getmək qadağan edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA