Bu gün Səhiyyə Nazirliyi pezə bayramını qeyd edəcək

img

17-06-2009 [11:24]


Bu gün səhiyyə işçilərinin peşə bayramıdır. Səhiyyə Nazirliyi bayramla əlaqədar olaraq, bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, peşə bayramıyla əlaqədar Səhiyyə Nazirliyinin bir sıra əməkdaşları və təltif olunan həkimlər Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Mətbuat kabibi onu da deyib ki, bu axşam təltənəli tədbir olacaq və Flarmoniyada Səhiyyə ilə bağlı çəkilmiş 10-15 dəqiqəlik film nümayiş etdiriləcək. A.Qədirlinin sözlərinə görə, peşə bayramı ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən həkimlərə fəxri fərmanlar təqdim olunub: ?Tibb İşçilərinin Həmkarlar İttifaqı əksər həkimlərə qiymətli hədiyyələr təqdim edib. Prezident tərəfindən isə 24 nəfər Tərəqqi medalına, əməkdar həkim, əməkdar alim və əməkdar müəllim adlarına layiq görülüblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA