?Yəhova zahidləri?nin Dövlət Komitəsinə qarzı iddiası təmin olunmadı

img

16-06-2009 [04:33]


Bu gün Azərbaycan Ali Məhkəməsində ?Yəhova şahidləri? dini icmasının Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə icmanın kassasiya şikayətini təmin etməyib və məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, sözügedən icma Səbayel rayon Məhkəməsinə ?Vəzifəli şəxsin qeyri-qanuni hərəkətindən şikayət? iddiası ilə müraciət etmişdi. Buna səbəb isə dini icmanın ölkəyə gətirdiyi dini ədəbiyyatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mənfi rəy verməsi idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA