DiQQƏT! Səhiyyə Nazirliyi dondurmalarda bağırsaq çöpləri azkarlayıb

img

16-06-2009 [04:28]


May ayının sonundan sentyabr ayının axırınadək dondurmalarla bağlı reydlər aparılacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, dondurmalarla yanaşı spirtsiz içkilərlə bağlı da reydlər davam etdirilir: ?Reydlər zamanı mərkəzə 21 dondurma nümunəsi gətirilərək araşdırılıb. Araşdırmalar zamanı Xətai rayonu, Məmmədov küçəsi 41 ünvanında yerləşən ?Alsu? ərzaq mağazasından götürülən südlü dondurmadan, NZS qəsəbəsi, Mingəçevir küçəsi 20/3 ünvanında yerləşən ərzaq mağazasından götürülmüş ?Plombir? və ?Belıy Noç? dondurmalarında, Rüstəmov küçəsi 15 ünvanında yerləşən ərzaq mağazasından götürülmüş südlü dondurmalarda bağırsaq çöpləri aşkarlanıb?. Bölmə müdiri deyib ki, həmin mağazalardakı dondurmalardan təkrar nümunələr götürülüb. Əgər növbəti yoxlama zamanı da nəticələr ürəkaçan olmasa, həmin müəssisələr və istehsalçı firmalar haqqında müvafiq tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA