Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn həftə jurnalistlərə mükafat verəcək

img

16-06-2009 [02:25]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn həftə jurnalistləri mükafatlandıracaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, 5 iyun-Ümumdünya Ətraf Mühitin Qorunması günü ilə əlaqədar jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri artıq müəyyənləşib: ?Gələn həftə nazirliyin binasında mükafatları təqdimetmə mərasimi keçiriləcək. Mərasimdə cənab nazirin də iştirakı gözlənilir. Müsabiqənin şərtlərinə əsasən birinci yer 500, ikinci yer 300, üçüncü yer isə 200 manat məbləğində pulla mükafatlandırılacaq?. Mətbuat xidmətindən bildirilib ki, 5 nəfərə də həvəsləndirici mükafatın veriləcəyi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA