Təhsil Nazirliyi müəllimlərə etibar etməyib

img

16-06-2009 [01:22]


Bu gün Bakı və Sumqayıt şəhərlərindəki orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri test üsulu ilə buraxlış imtahanı verirlər. Səhər saat 10:00-da başlanan və üç saat davam edəcək imtahanda şagirdlər ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən sınağa çəkilirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Müstəqil İnformasiya Agentliyinə bildirib ki, Bakıdakı orta məktəblərdə keçirilən imtahanlarda bu il XI sinfi bitirən 25500 məzun iştirak edir. Qeyd edək ki, ölkə üzrə orta məktəblərin XI sinif şagirdlərinin buraxılış imtahanları iyunun 3-də başlayıb və artıq 4 region üzrə keçirilib. MİA-ya verilən məlumata görə, əvvəlcədən Bakıdakı imtahanlara nəzarətçi təyin edilən orta məktəb müəllimləri bu gün səhər geri qaytarılıblar. Bu onunla izah olunub ki, Təhsil Nazirliyi orta məktəb müəllimlərinə etibar etmədiyindən, imtahanlara nəzarətçilər həmin qurumun aparatında çalışan əməkdaşlardan təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA