AMEA-da yeni qarzıdurmaların əsası qoyuldu

img

14-06-2009 [05:47]


[b]Hacıbala Abutalıbov da daxil olmaqla xeyli sayda elm adamını Akademiyadakı vəzifələrindən kənarlaşdırmaq istəyirlər [/b] Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Arif Həşimovun Fizika İnstitutunun direktoru vəzifəsindən istefa verməsi, sanki bu elm ocağında canlanmaya səbəb olub. A.Həşimovun ardınca bir neçə akademikin də istefa vermək məcburiyyətində qalacağı bildirilir. Amma AMEA prezidenti akademik Mahmud Kərimov bu məsələdə birmənalı mövqe sərgiləmir. O, dəyişiklikləri tədricən və səs-küy salmadan aparmağa çalışır. Elə A.Həşimovun istefasının bir müddət ictimaiyyətdən gizli saxlanılması və bu barədə AMEA-nın www.science.az saytında məlumat verilməməsi də diqqətdən qaçmadı. Ancaq Müstəqil İnformasiya Agentliyinin israrından sonra AMEA-nın mətbuat xidmətinin rəhbəri, "Elm" qəzetinin baş redaktoru Afaq Əsədova faktı təsdiqləyib. A.Əsədova bildirib ki, qanunvericiliyə görə bir şəxs iki vəzifədə çalışa bilməz. Bu səbəbdən də A.Həşimov Fizika İnstitutunun direktoru vəzifəsindən gedib. Hazırda Fizika İnstitutunun direktoru vəzifəsini Çingiz Qacar icra edir. Yeni direktorun kim olması isə yaxın müddətdə keçiriləcək seçkilərdə müəyyənləşə bilər. Məlumat üçün bildirək ki, hələ ötən il Fizika İnstitutuna direktor seçkisi keçirilməliydi. Amma həmin vaxt seçki keçirilmədən A.Həşimov həmin vəzifəyə təyin olundu. Bu zaman qanunvericiliyə görə, "bir şəxs iki vəzifədə çalışa bilməz",- deyənlərin etirazını M.Kərimov eşitmədi. İndi isə birdən-birə M.Kərimovun qanunlara əməl etməyə başlaması müəyyən şaiyələrin yayılmasına səbəb olub. Hətta M.Kərimovla A.Həşimovun münasibətlərinin gərginləşdiyini iddia edənlər də var. Onu da bildirək ki, hələ may ayının 12-də AMEA-nın prezidenti M.Kərimov Fizika İnstitutuna gələrək, A.Həşimovu direktor vəziəfəsindən azad etmək fikrində olduğunu açıqlayıb. A.Həşimov isə istefa verməyəcəyini bildirib. Bu zaman M.Kərimov qərarının qəti olduğunu bildirərək, iclası yarımçıq tərk edib. A.Həşimovun dirənişi isə mayın 27-dək davam edib və həmin tarixdə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə onun Fizika İnstitutunun direktoru vəzifəsindən azad oluması rəsmiləşib. İyunun 2-də akademik-katib Akif Hacıyev Fizika İnstitutunun yeni direktor əvəzi kimi Çingiz Qacarı kollektivə təqdim edib. Bundan sonra AMEA daxilində intiriqalar daha da böyüyüb. AMEA prezidenti M.Kərimovun iyunun 7-də Cənubi Koreyaya bir həftəlik səfəri də intriqaları səngitməyib. Əksinə, M.Kərimovun Bakıda olmadığı müddətdə AMEA-da qarşı duran tərəflər özlərinə münasib saydıqları hakimiyyətdəki şəxslərə çıxaraq, onlardan dəstək istəyiblər. Bizi məlumatlandıran AMEA-dakı mənbə əsas proseslərin Mahmud Kərimovun ölkəyə qaydışından sonra baş verəcəyini deyib. Onun məlumatına görə, AMEA-nın binasında təmir işləri aparıldığı üçün işçilərin çoxu məzuniyyətdə olub. M.Kərimov da bu fürsətdən istifadə edib, sentyabra kimi bəzi dəyişiklikləri reallaşdırmaq niyyətindədir. A.Həşimovun istefasından sonra isə AMEA-nın digər vitse- prezidentlərinin də istefası gündəmə gəlib. Əgər A.Həşimov "bir şəxs iki vəzifədə çalışa bilməz",- prinsipi əsasında işdən çıxarılıbsa, onda digər vitse-prezidentlər - akademik Akif Əlizadə və akademik ?ailə Vəlixanlı da tutduqları postların birindən imtina etməlidirlər. Qeyd edək ki, Akif Əlizadə Geologiya İnstitutunun, ?ailə Vəlixanlı isə Tarix muzeyinin direktorudur. Həmçinin AMEA-nın müşavirlərinə qarşı da bu qaydaların tətbiqini istəyənlər var. Çünki AMEA-nın müşavirlərinin bir neçəsi həm institut direktoru, həm də müşavir postuna yiyələndikləri üçün dövlətdən məvacib alırlar. Məlumat üçün bildirək ki, hazırda müşavir postlarını akademik ?əriman Quliyev, akademik Toğrul Şahtaxtinski (Kimya Problemləri İnstitutunun direktoru), akademik Cəmil Quliyev, akademik Bəkir ?əbiyev (?izami adına Ədəbiyyat İnstitutunun direktoru) akademik Asəf ?adirov, akademik Musa Musayev (Zoologiya İnstitutunun direktoru) və akademik Urxan Ələkbərov tutur. Bizi məlumatlandıran mənbə sonda onu da bildirib ki, AMEA-nın Fizika İnstitutuna yeni direktor seçkisinə paralel olaraq, orada ciddi kadr dəyişikliklərinin aparılması da nəzərdə tutulub: "Bu institutun elə şöbə müdirləri var ki, onlar illərdir bura ayaq basmır. Hərəsi bir dövlət qurumda işləyir və institutu unudublar. Elə Bakı meri Hacıbala Abutalıbov və onun meriyadakı kadrlarının bəziləri də bu institutda vəzifə tuturlar. Amma buraya əlavə məvacib yeri kimi yanaşırlar. Ona görə də AMEA rəhbərliyi Çingiz Qacara dəstək verərək, onların da institutla birdəfəlik vidalaşmasına çalışır. Çünki həmin şəxslərin digər vəzifələrdə çalışmaları və elm sahəsindəki işlərinə səhlənkar yanaşmaları bəzi dairələrdə narazılıqlara səbəb olub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA