Səməd Vurğunun qızı, əməkdar mədəniyyət izçisi Aybəniz Vəkilova vəfat edib

img

13-06-2009 [06:18]


Bu gün xalq şairi Səməd Vurğunun qızı, Səməd Vurğun ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova vəfat edib. Mərhum uzun sürən xəstəlikdən sonra bu gün saat 12.00 radələrində öz evində 72 yaşında vəfat edib. Bu barədə MİA-ya S.Vurğun ev-muzeyindən məlumat verilib. Verilən məlumata görə, A.Vəkilova ilə vida mərasimi sabah Səməd Vurğun ev-muzeyində keçiriləcək. Məlumat üçün bildirək ki, A.Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına ədəbiyyat muzeyində elmi işçi işləyib, 1976-cı ildə Səməd Vurğun ev-muzeyi fəaliyyətə başlayandan muzeydə baş mühafiz vəzifəsində çalışıb. 2006-cı ildə isə muzeyin direktoru təyin edilib. [b]Allah rəhmət eləsin![/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA