?Münaqizənin göstərilən prinsiplər əsasında həlli regionda uzunmüddətli sülhün və stabilliyin bərqərar olmasında mühüm rol oynaya bilər?

img

12-06-2009 [07:10]


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa məsələləri üzrə köməkçisi Filip Qordonla görüşüb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb. İki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən F.Qordon müxtəlif sahələrdə inkişaf potensialının geniş olduğunu vurğulayıb. ABŞ-ın regionda sülhün və stabilliyin bərqərar olmasında maraqlı olduğunu deyən F.Qordon ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmasına töhfə verməyə hazır olduğunu vurğuladı. Amerikalı qonaq Azərbaycana gəlməzdən öncə Ermənistan və Gürcüstanda keçirdiyi görüşlər barədə məlumat E.Məmmədyarova məlumat verib?. Azərbaycanla ABŞ arasındakı əməkdaşlığın yüskələn xəttlə inkişaf etdiyini vurğulayan E.Məmmədyarov Vaşinqtona son səfəri çərçivəsində aparılan münzakirələrin faydalı olduğunu vurğulayıb: ?Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin beynəlxalq norma və prinsiplərə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin ölkəmizin xarici siyasətinin əsas prioritetidir. Bu istiqamətdə rəsmi Vaşinqtonun dəstəyi əhəmiyyətlidir. Münaqişənin göstərilən prinsiplər əsasında həlli regionda uzunmüddətli sülhün və stabilliyin bərqərar olmasında mühüm rol oynaya bilər?. Tərəflər digər birgə maraq kəsb edən ikitərəfli, regional, qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA