çaylarda suyun səviyyəsi artıb

img

12-06-2009 [04:54]


İyunun 10-da yağan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Müstəqil İnformasiya Agentliyinə deyib ki, hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 100-257, Balakən-Şəki bölgəsi çaylarında isə normanın 90-135 faizini təşkil edir: ?Digər çaylarda normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında 30-75 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axın saniyədə 365 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 65 faizidir. 2008-ci ildə isə ongünlük normanın 56 faizi olmaqla saniyədə 328 kubmetr olub. Qanıx çayından Mingəçevir su anbarına axın saniyədə 132 kubmetr təşkil edir. Bu isə ongünlük normanın 78 faizidir?. İ.İbrahimovanın verdiyi məlumata görə, hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 412 sm, Şirvanda 320 sm, Bankədə 278 sm, Araz-Novruzluda 220 sm təşkil edir. Böyük su anbarlarından Şəmkir su anbarının hazırki səviyyəsi 152,69 metr, Mingəçevir su anbarının səviyyəsi 78,25 metr, Araz su anbarının səviyyəsi isə 777,48 met təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA