?Donuz qripi? ilə bağlı bazlanan monitorinq bu gün baza çatıb

img

12-06-2009 [02:37]


İyunun 1-də ölkə ərazisində saxlanılan donuzlar arasında epizootik vəziyyətin müəyyənləşdrilməsi məqsədilə başlanmış monitorinq zamanı seçmə üsulla götürülmüş 343 qan nümunələrinin müayinəsi bu gün Respublika Baytarlıq Laboratoriyasında (RBL) başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, nümunələrin heç birində xəstəlik daşıyıcısına təsadüf edilməyib: ?Monitorinq bütün ölkə ərazisi üzrə həyata keçirilib. Tədbirin aparıldığı təsərrüfatların heç birində nə xəstə, nə xəstəhal, nə də xəstəlikdən tələf olan heyvanlara rast gəlinməyib. Virus xəstəliklərinin Azərbaycana keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Əhalinin nəzərinə çatdırırıq ki, hazırda virus xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir və bu məsələ daimi diqqətdə saxlanılır?. Y.Xanvəli bildirib ki , bu gün RBL-nin krematoriya və avtoklavında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxta, vaxtı keçmiş, mənşəyi məlum olmayan dərman preparatlarnın zərərsizləşdirilməsi tədbiri həyata keçirilib: ?Tədbirdən öncə idarəmizin mütəxəssisləri mart ayından başlayaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində, Astara, Lənkəran, Masallı, Şəmkir, Göygöl, Ağdaş, Göyçay, Ucar, Bərdə, Yevlax, Sabirabad, Biləsuvar, Cəlilabad və Salyan rayonlarında fəaliyyət göstərən baytarlıq apteklərində reydlər keçiriblər. Reydlər zamanı məlum olub ki, Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq əczaçılığı ilə məşğul olan obyektlərə nəzarət gücləndirilsə də, hələ bəzi apteklərdə qeyri-qanuni dərman preparatlarına təsadüf olunur. Apteklərdən götürülən 76 adda baytarlıqda tətbiq olunan dərman preparatları ?Baytarlıq haqqında? Azərbaycan Respublikası Qanununun 13.1.8 maddəsinə uyğun olaraq satışdan çıxarılıb, zərərsizləşdirilmək üçün Baytarlıq Laboratoriyasına təhvil verilib. Müsadirə olunaraq zərərsizləşdirilməsi aparılmış dərman preparatları əsasən İran, qismən Rusiya, Hindistan, İordaniya, Türkiyə və digər ölkələrdə istehsal olunmuş məhsullardır?. Mətbuat mərkəzi rəhbərinin sözlərinə görə, hər il bu yöndə tədbirlər keçirilir və qanunsuz dərman satışı ilə məşğul olan apteklər barəsində tədbir görülməsi üçün anoloji araşdırmalar digər bölgələrdə də aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA