Hidayət Orucov: "Dindarlar "Əbu Bəkr" məscidində baz verənləri yaddan çıxarmasınlar"

img

12-06-2009 [01:57]


"Hansısa məscidin bağlanması adi prosesdir. Amma Azərbaycanda heç bir qanuni məscid sökülməyib. İndiyə qədər cəmi bir məscid ? Yasamal rayonu ərazisində tikilən məscid sökülüb. Onlar özlərinə ?Peyğəmbər? adını qoymuşdular?. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov bu gün keçirdiyi mətbuat konfransında deyib. DQİDK sədri onu da bildirib ki, Allahın adından, onun evindən sui-istifadə etmək düzgün deyil: ?Nə də Allahın evini qanunsuz tikmək olar. Məscidlər halal pulla tikilməli, ən ali məqsədlərə xidmət etməlidir. Azərbaycan dövləti hazırda bu işlərin araşdırılması ilə məşğuldur. Qafqaz Müsəlmanları İdarəsi, eləcə də digər rəsmi qurumların bununla əlaqədar mövqeləri birdir?. H.Orucov Azərbaycanda türk məscidi məsələsinə də toxunub: ?Hazırda Azərbaycanda fəaliyyət göstərən və göstərməyən 1750 məscid qeydiyyatdan keçib. Onların hamısı Azərbaycan məscididir. Ötən əsrin 90-cı illərindən sonra ölkədə Türkiyə 24, Küveyt isə 63 məscid tikdirib. İndi deyək ki, bu 63 məscid Küveyt məscididir? Türkiyənin tikdirdiyi 24 məscidin heç birinin sənədi yoxdur, hazırda problemin həlli istiqamətində iş gedir. "Şəhidlər" məscidi ilə bağlı istər Azərbaycan, istərsə də Türkiyə mətbuatının yaydığı məlumatların heç bir əsası yoxdur. Məscid təmirə dayanıb və bütün işlər bitdikdən sonra o, yenidən dindarların üzünə açıq olacaq. Amma İlahiyyat məscidi ilə bağlı məsələ bizi narahat edir. Həqiqətən də orda vəziyyət ağırdır. Özüm də İlahiyyat məscidində olmuşam və cümə namazları vaxtı orda həm din adamlarının, həm də ətrafda yaşayanların çoxluğu narahatlıq doğurmaya bilməz?. H.Orucov onu da vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsinə cümə namazlarının digər məscidlərdə də təşkil olunması ilə bağlı müraciət ediblər: ?Üzümü dindarlara tuturam ki, cümə namazları vaxtı eyni məscidə toplaşmasınlar. Bu ilk növbədə onların özlərinin təhlükəsizliyi üçündür. Onlar "Əbu Bəkr" məscidində baş verənləri yaddan çıxarmasınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA