QHT-lər etiraz tədbirlərinə bazlayacaq

img

11-06-2009 [09:14]


Hakimyyət ?Qeyri-Hökumət Təşkilatları Haqqında? Qanuna dəyişikliklər etməyə hazırlaşır. Müvafiq qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Sənəd parlamentin iyunun 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Təklif olunan dəyişikliklər QHT-lər tərəfindən ciddi etirazla qarşılanıb. Vətəndaş cəmiyyətinin təmsilçiləri belə iddia edirlər ki, təklif olunan dəyişikliklər bilavasitə QHT-lərin fəaliyyətini məhdudlaşdırmağa, onların müstəqilliyinə xələl yetirməyə hesablanıb. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu nəzərdə tutlumuş dəyişikliklərin ciddi narahatlıq yaratdığını bildirdi. [b]Qubad İbadoğlu: ?Azərbaycanda QHT-lərin fəaliyyətinə ciddi məhdudiyyətlər yaranacaq?[/b] Onun sözlərinə görə, əgər qanuna dəyişikliklər edilərsə, bu halda Azərbaycanda QHT-lərin fəaliyyətinə ciddi məhdudiyyətlər yaranacaq və bu da vətəndaş cəmiyyətinin dövlətə verəcəyi töhvənin səviyyəsinə mənfi təsir göstərəcək: ?Təklif olunan dəyişikliklər təşkilatların müstəqilliyinə xələl gətirib, onların fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanlarının müdaxilə imkanlarını çoxaltmaq, vətəndaş cəmiyyəti institutlarının addımlarını hakimiyyətin istəklərinə və siyasi maraqlarına uyğunlaşdarmaqdan ibarətdir?. Vətəndaş cəmiyyətinin şəffaf və hesabatlı inkişafında maraqlı olduqlarını deyən Q.İbadoğlu hesab edirik ki, vətəndaş cəmiyyəti öz fəaliyyətində həmişə açıq olmalıdır, maliyyə auditindən keçməlidir: ?Amma bu gün QHT-lərin maliyyə dayanaqlığı probleminin mövcudluğu şəraitində onların maliyyələşmə mənbələrinin yerli donorlar hesabına artırılmasının qanunda təsbit olması gələcəkdə ciddi problemlər yarada bilər. Fikrimcə belə sərt dəyişikliklərə gedilməsi vətəndaş cəmiyyətinin dövlət orqanları ilə, biznes dairələrilə, ayrı-ayrı insanlarla əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq vu bu, bütövlükdə vətəndaş cəmiyyəti proqramlarının azalmasına, onların əhatə dairəsinin kiçilməsinə gətirib çıxaracaq?. [b]Azər Mehtiyev: ?Dəyişikliklər QHT sektorunun çökməsinə gətirib çıxara bilər?[/b] İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev də hesab edir ki, təklif olunan dəyişikliklər QHT sektorunun çökməsinə gətirib çıxara bilər: ?Ölkədə fəaliyyət göstərən QHT Koalissiyalarının böyük əksəriyyəti qeydiyyatdan keçməyib. Yalnız əvvəllər bir qism qeydiyyatdan keçib. Sonradan yaradılan koalisiyaların qeydiyyatdan keçməsi qeyri-mümkün olub. Əgər qanunvericilikdə dəyişikliklər olarsa bu gün hökumətlə, xarici təşkilatlarla tərəfdaş kimi çıxış edən Mədən Sənyesində Şəffaflığın Artırılması QHT Koalissiyası oyundan kənar vəziyyətdə qalacaq və bu da sözügedən təşəbbüsün Azərbaycanda fəaliyyətinin fəaktiki olaraq dayanması ilə nəticələnəcək. Eyni vəziyyət digər koalissiyaları da gözləyir?. Hansı etiraz tədbirlərinə əl atılacatına dair sualı cavablandıran iqtisadçı hələlik məsləhətləşmə mərhələsində olduqlarını bildirməklə yanaşı, nəzərdə tutulan tədbirləri də açıqladı: ?Birinci növbədə çalışacağıq ki, müvafiq qurumlarla danışıqlar aparıb, məsələyə aydınlıq gətirək. Eyni zamanda prosesi hərəkətə gətirmək üçün Azərbaycanda fəaliyyət göstərən QHT-ləri səfərbərliyə almaq istiqamətində də müəyyən tədbirlər həyata keçirəcəyik. Bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq yönündə də konkret addımlarımız olacaq?. [b]Rövşən Ağayev: ?Bu, ictimai-siyasi institutlarla bağlı atılmış ən mürtəce addımdır?[/b] Digər tanınmış iqtisadçı Rövşən Ağayev də ?Qaynar?a açıqlamasında təklif olunan dəyişikliklərin QHT-lərin fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirdi. Onun sözlərinə görə, hökumətin QHT-lərin üzərinə gəlməsi o qədər də gözdənilməz olmayıb: ?Mən bu dəyişiklikləri prezident seçkisindən sonra gözləyirdim. Sadəcə referendum qabağa düşdüyündən QHT-lərlə bağlı məsələ bir qədər ləngidi. Hesab edirəm ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərlə bağlı parlamentə daxil olan qanun layihəsi ictimai-siyasi institutlarla bağlı atılmış ən mürtəce addımdır. Təklif olunan dəyişikliklərdə əsasən üç məqam var ki, bunlar bilavasitə QHT-lərin fəaliyyətini dayandırmağa hesablanıb. Söhbət xarici beynəlxalq təşkilatların yalnız hökumətlərarası müqavilələr əsasında fəaliyyət göstərməsindən, yerli qeyri-hökumət təşkilatlarının əmlakının 50 faizdən çox olmamaq şərtilə xarici donorların hesabına formalaşdırılmasından və QHT-lərin regionlarda fəaliyyət göstrəməsi üçün yerlərdə nümayəndəliklərinin olmasından bəhs edən müddəalardan gedir?. Etiraz tədbirlərinə gəldikdə isə, iqtisadçı bildirdi ki, müxtəlif tədbirlər, mətbuat konfransları keçirəcək, beynəlxalq təşkilatların təmsilçilərilə görüşəcək, bəyanatlar yayacaqlar: ?Əgər hökumət doğurdan da qanunvericiliyi təkmilləşdirmək niyyətindədirsə, onda buyurub, bizim də təkliflərimizi dinləsinlər. Məsələn, mən auditlə bağlı təklif olunan dəyişikliyin tərəfdarıyam. Biz hökumətdən qabaq bu təkliflə çıxış etmişik?. Qaynar.info

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA