Prezident ilham Əliyev səhiyyəyə 12 milyon manat vəsait ayrıb

img

11-06-2009 [08:00]


Bu gün prezident İlham Əliyev əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi üçün tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin bazasında yaradılan Uşaq Kardiocərrahiyyə Mərkəzinin fəaliyyətə başlaması, Respublika Klinik Uroloji Xəstəxanasında böyrəkköçürmə əməliyyatlarının bərpası məqsədilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 5,0 (beş) milyon manat, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təmir işlərinin tamamlanması və texnoloji proseslərin müasirləşdirilməsi üçün 5,0 (beş) milyon manat, Respublika Klinik Uroloji Xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 2,0 (iki) milyon manat olmaqla, cəmi 12 (on iki) milyon manat məbləğində vəsait ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA