Artur Rasi-zadə növbəti dəfə Dövlət Neft Fondunun Müzahidə Şurasının sədri seçilib

img

11-06-2009 [05:27]


Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Neft Fondunun mətbuat xidmətindən daxil olub. Məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2008-ci il büdcəsinin icrası məsələlərinə baxılıb. Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2008-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına və rəyinə baxaraq onları məqbul hesab edib və Fondun 2008-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul edilib. Onu da qeyd edək ki, baş nazir A.Rasi-zadə növbəti dəfə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA