Pedaqoji kadrlara təyinatlar iyulun 20-dən sonra veriləcək

img

11-06-2009 [04:33]


Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları təyinat əsasında respublikamızın bütün bölgələrinə göndərilir. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Mənsur İbrahimov deyib. Onun sözlərinə görə, bu ilin məzunlarının buraxılış imtahanı hələ keçirilməyib və yeni təyinatların tərtibi imtahanların nəticəsindən sonra məlum olacaq. İyulun 20-dən sonra isə təyinatların tərtibinə başlanacaq. M.İbrahimov bildirib ki, təhsilin inkişafı üçün proqram tərtib edilib: ?Bölgələrdəki müəllim çatışmazlığının qarşısını almaq üçün dövlət tərəfindən müvafiq tətbirlər görülməkdədir. Buna əyani sübut olaraq proqram da hazırlanıb. Bu belə adlanır: ?2005-2009-cu illəri üçün Azərbaycan Respublikasının ümumi təhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı?. Qanun əsasən bölgələrdəki kadr tələbatı nəzərə alınaraq qəbul edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA