Elxan Poluxov: ??Səfirlik və konsulluqların sayı daha da artacaq?

img

11-06-2009 [04:20]


Bəzi politoloqlar iddia edirlər ki, İsrail prezidenti Şimon Peresin Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində ölkəmizin bu ölkədə səfirliyinin və yaxud konsulluğunun açılması barədə saziş də imzalana bilər. Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu məlumatı nə təkzib, nə də təsdiq edib: ?Məndə bu haqda dəqiq məlumat olmadığından konkret bir söz deməkdə çətinlik çəkirəm. Adətən, bu cür məsələlər səfər zamanı müəyyənləşir. Səfəröncəsi Prezident Administrasiyasından müvafiq tapşırıqlar əsasında lazımi sənədlər hazırlanır, işlər həyata keçirilir?. Nazirlik rəsmisinin sözlərinə görə, hələlik hansısa ölkədə Azərbaycanın yeni səfirliyinin və ya konsulluğunun açılması məsələsi gündəmdə yoxdur: ?Daim müxtəlif ölkələrdə Azərbaycanın səfirliyinin və ya konsulluğunun açılması istiqamətində işlər gedir. Hələlik gündəmdə yeni səfirliyin açılması məsələsi yoxdur. Bu il Azərbaycanda Mərakeşin konsulluğu açılıb. Həmçinin Avstriya dövləti də ölkəmizdə öz səfirliyini açmaq istəyini bildirib. Hazırda bu istiqamətdə işlər aparılır. Dünya ölkələrinin Azərbaycana marağı artdığından, bu prsos daim inkişaf edir. Hesab edirəm ki, səfirlik və konsulluqların sayı daha da artacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA