TQDK həbsdən çıxmız keçmiz əməkdazlarını əvvəlki vəzifələrinə qaytarmayıb

img

11-06-2009 [03:23]


?Yeni Müsavat? qəzetinin bugünki sayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir müddət əvvəl rüşvət alma və rüşvət verməyə görə həbs edilmiş əməkdaşlarının artıq həbs çıxdıqları və həmin komissiyada yenidən işlə təmin edilmələri barədə məlumat verilib. Tələbə Qəbulu üzrə Dövlət Komisiyyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə isə Müstəqil İnformasiya Agentliyinə bu məlumatın yanlış olduğunu deyib. Onun sözlərinə görə, həmin şəxslərin yenidən öz vəzifələrinə qayıtması qeyri-mümkündür: ?2005-ci ildə həbs olunmuş həmin şəxslər TQDK-da yenidən işə bərpa olunmayıblar. Bu məlumat tamamilə şaiyə xarakterlidir və şəxsi fikirlər əsasında formalaşdırılıb. TQDK-nın keçirdiyi bütün tədbirlərdə digər kütləvi informasiya vasitələri kimi həmin mətbuat orqanının da nümayəndələri iştirak edirlər. Amma dəqiqləşdirmə aparmadan belə məlumatları yaymaq yolverilməzdir?. E.Nağızadə deyib ki, gələcəkdə də həmin şəxslərin yenidən əvvəlki vəzifələrinə qayıtmaq ehtimalı yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA