Təhsil zikayətləri Korrupsiyaya qarzı Mübarizə idarəsinə göndərilib

img

11-06-2009 [02:12]


Bu ilin aprel və may aylarında Təhsil Nazirliyinin ?Qaynar xətt? xidmətinə 69 müraciət daxil olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib. Qeyd edək ki, Təhsil Nazirliyinin ?Qaynar xətt? xidmətinə 496-34-82; 496-37-61 telefon nömrələri, qaynar-xett@edu.gov.az elektron poçt ünvanı daxildir. B.Hüseynzadə bildirib ki, ?Qaynar xətt?ə daxil olan müraciətlərdən 5-i sorğu xarakterlidir. Müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub. Müraciətlərdən 6-sı ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi və s. məsələlərdən bəhs edilir. B.Hüseynzadənin sözlərinə görə, ?Qaynar xətt? xidmətinə daxil olan müraciətlərdən 3-ü (Gəncə şəhəri üzrə 2, Abşeron rayonu üzrə 1) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Təhsil Nazirliynin ?Qaynar xətt? xidmətinə daxil olan təhsil prosesinin təşkili, xaricdə təhsil, müəllimlərin ezamiyyə xərclərinin ödənilməsi, IX və XI siniflərin buraxılış imtahanları, təhsil sənədlərinin alınması və digər məsələlərlə bağlı bütün müraciətlər araşdırılıb, uyğun tədbirlər görülüb və vətəndaşlara müvafiq cavablar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA