ANAMA Güzdəkdəki təhlükəli ərazidə təmizləmə əməliyyatlarına bazlayıb

img

11-06-2009 [01:04]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində 22 anbardan ibarət olan, partlamamış hərbi sursatlarla çirklənmiş 400 min kvadratmetrlik ərazidə təmizləmə əməliyyatlarının aparılması nəzərdə tutulur. Əməliyyatlara agentliyin minatəmizləmə və partlamamış hərbi sursatlar üzrə əməliyyat qrupu cəlb olunub. ANAMA-nın mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, 1990-cı ilin əvvəllərində Güzdək qəsəbəsində keçmiş sovet ordusuna məxsus poliqonun ərazisində yerləşən sursat anbarlarında baş vermiş yanğın və partlayış nəticəsində sursatlar ətrafa səpələnərək yerli əhali üçün ciddi təhlükə yaradıb və mina hadisələri qeydə alınıb. Həmin ərazi təhlükəli zona kimi qiymətləndirilmiş və Azərbaycan hökumətinin tapşırığı ilə cari ilin iyunundan ANAMA həmin poliqonun ərazisində təmizləmə əməliyyatlarına başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA