AMEA-nın vitse-prezidenti Arif Hazimov Fizika institutunun direktorluğundan getdi

img

10-06-2009 [06:03]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Arif Həşimov adıçəkilən qurumun Fizika İnstitutunun direktor vəzifəsindən istefa verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, A.Həşimov artıq istefa ərizəsini AMEA rəhbərliyinə təqdim edib. Məlumatı mia.az-a açıqlamasında AMEA-nın mətbuat xidmətinin rəhbəri, ?Elm? qəzetinin baş redaktoru Əfaq Əsədova da təsdiqləyib. A.Əsədova bildirib ki, qanunvericiliyə görə bir şəxs iki vəzifədə çalışa bilməz. Bu səbəbdən də A.Haşımov Fizika İnstitutunun direktorluğundan gedib. Hazırda Fiziki İnstitutunun direktoru vəzifəsini Çingiz Qacar icra edir. Yeni direktorun kim olması isə yaxın müddətdə seçkilərlə müəyyənləşəcək. Qeyd edək ki, Fizika Institutunun əməkdaşlarının birinin elektron ünvanımıza göndərdiyi məktubunda isə bildirir ki, may ayının 12-də AMEA-nin prezidenti M.Kərimov Fizika İnstitutuna gələrək Arif Həşimovu direktor vəziəfəsindən azad etmək fikrində olduğunu açıqlayıb: ?Əvvəlcədən öyrədilmiş bir qrup adamlar M.Kərimovun qərarına qarşı çıxdılar, onu qəzetlərin təzyiqinə tab gətirmədiyinə görə tənqid etdilər. M. Kərimov qərarının qəti olduğunu bildirib iclası yarımçıq tərk etdi. May ayının 27-də AMEA-nin Rəyasət Heyətinin qərari ilə Arif Həşimov Fizika İnstitutunun direktoru vəzifəsindən azad oldu və akademik Cingiz Qacar təyin olundu. İyun ayının 2-də akademik katib Akif Hacıyev yeni direktor Cingiz Qacarı kollektivə təqdim etdi. Amma nədəsə AMEA-nın Science.az saytı akademiyada baş verən ən kiçik hadisələri saytında qeyd etməsinə baxmayaraq AMEA-nin Rəyasət Heyətinin bu qərarından 10 gün keçməsinə baxmayaraq onun haqqında heç nə yazmır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA