Seymur Baycan prezidentə zikayət məktubu ünvanlayıb

img

10-06-2009 [05:47]


Tanınmış yazıçı-jurnalist Seymur Baycan prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Seymur Baycan özü məlumat verib. Gənc yazıçı deyib ki, Bakı Dəmiryol Vağzalında hökm sürən özbaşınalıq onu bu addımı atmağa vadar edib. Seymur Baycan MİA-ya açıqlamasında bildirib ki, bir neçə dəfə cəhd göstərsə də, Samara şəhərinə getmək üçün bilet ala bilməyib: ?Dəmiryol Vağzalının kassalarında Samaraya bilet satmırlar. Bu problemlə bağlı vağzal növbətçisinə məlumat vermişəm. Sonra isə rəislə görüşmüşəm. Hətta Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri ilə də danışmışam. Mənə deyiblər ki, Samaraya bilet ancaq qatar yola düşdüyü gün satılır. Amma alverçilər kassaların qabağında dayanıb, ikiqat qiymətinə bütün istiqamətlərə bilet satırlar. Etiraz edəndə isə deyirlər ki, yaxşı eləyirik, get, kimə istəiyrsən şikayət elə?. Seymur Baycan deyib ki, bu problemlə bağlı prezident İlham Əliyevə müraciət etmək niyyəti olmayıb. Amma bütün cəhdləri nəticəsiz qaldığı üçün ölkə başçısına şikayət etmək məcburiyyətində qalıb: ?Prezidentə müraciətimdə də qeyd etmişəm ki, belə kiçik problem üçün onu narahat etmək bir qədər qeyri-etik görünə bilər. Amma inanın ki, başqa yolum qalmayıb. Bəzi məsuliyyətsiz məmurlara öz yerlərini göstərmək üçün bu addımı atmaq məcburiyyətində qaldım?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA