Yeni təcili tibbi yardım avtomobilləri bölgələrə veriləcək

img

10-06-2009 [04:52]


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi texniki bazasının yaxşılaşdırılması üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3 milyon manat məbləğində vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb. Səhiyyə Nazirliyi mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata əsasən, alınacaq avtomobillər yalnız bölgələr üçün nəzərdə tutulub: ?Ötən dəfə ayrılan vəsaitlə paytaxtın bütün təcili tibbi yardım xidmətləri müasir avavdanlıqlarla və avtomobillərlə təmin olunub. Bu dəfəki vəsaitlə 70-dən çox bölgələrimizdə olan təcili tibbi yardım xidmətinin avtomobilləri yenilənəcək. Alınacaq avtomobillərin hansı markalı, hansı ölkənin istehsalı olacağı isə hər zamankı kimi nazirliyin keçirəcəyi tender nəticəsində müəyyənləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA