Aparılan monitorinq zamanı atmosfer üçün zərərli hallar azkarlanıb

img

10-06-2009 [04:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosferin çirkləndirilməsinin monitorinqi keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, monitorinq 23 may-05 iyun 2009-cu il tarixində aparılıb: ?Monitorinq Bakı şəhərinin Xətai, Nizami, Binəqədi rayonlarını əhatə edib. Reydlər zamanı Xətai rayonu, Gəncə prospekti 20, 23, 67, 103, 105, Babək prospekti 33, General Şıxlınski küç. 36,38 ünvanlarında, Ukrayna dairəsi yaxınlığında və 25 saylı orta məktəbin ərazisində, 7-ci mikrorayonun Xarici Dairəvi küçəsi 3123-cü məhəllə, 1604-cü keçid bina 11a, Nizami rayonu 12 saylı peşə məktəbinin ərazisində məişət tullantılarının yandırılması halları qeydə alınıb. Məişət tullantılarının yaşayış massivlərində yandırılmasının günün müxtəlif vaxtlarında, əsasən səhər və gecə saatlarında baş verdiyi müəyyənləşib. Məişət, ərzaq və su məhsullarının qablaşdırılmış tutumları, karton, kağız, polietilen və digər tullantıların yandırılması zamanı tərkibində xlorlu birləşmələr olan plastik qabların yanmasından və digər kimyəvi maddələrin parçalanmasından atmosferə böyük həcmdə konserogen maddələr və davamlı üzvi çirkləndiricilər olan toksinlər atılır. Bu isə əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir. Aparılan monitorinqlər zamanı tulantıların hətta yaşıllıq zonalarında yandırılması hallarına da təsadüf edilib. Bu isə həm də yaşıllıqların məhv edilməsinə gətirib çıxarır?. Mətbuat katibi nazirlik əməkdaşlarının bu cür xoşagəlməz hallara qarşı mübarizə apardığını bildirdi: ?Məsələylə bağlı nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamenti qanuna müvafiq qaydada tədbirlər görürlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA