?Donuz qripi? ilə bağlı monitorinqlər davam etdirilir

img

10-06-2009 [03:38]


?Donuz qripi ilə bağlı lazımi tədbirlər görülür. AH1N1 virusu ilə bağlı donuzçuluq təsərrüfatlarından götürülən qan nümunələri Resapublika Baytarlıq Laboratoriyasına müayinəyə göndərlib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Respublika Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib. Y.Xanvəli onu da bildirib ki, iyun ayının 12-də aparılan araşdırmaların və laborator müayinənin nəticəsi ictimaiyyətə çatdırılacaq: ?Onu da bildirim ki, götürülən qan nümunələri tək AH1N1 üçün yox, ümumiyyətlə, donuzlar arasında epifizioloji vəziyyəti öyrənmək məqsədi ilə aparılır?. Y.Xanvəlinin sözlərinə görə, donuzçuluq təsərrüfatlarında monitorinq də keçirilib: ?Donuzçuluq təsərrüfatlarda iyun ayının 1-dən başlanılan monitorinqlər təsərrüfatlarda epifizioloji vəziyyəti müəyyənləşdirmək və onların sağlamlığını müəyyən etmək üçündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA