ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycan müxalifəti ilə iqtidarını üz-üzə qoyub

img

10-06-2009 [01:54]


?Ölkənin insan haqları sahəsi zəif olaraq qalır və 2008-ci ildə bəzi sahələrdə vəziyyət daha da pisləşib. Hakimiyyət ictimaiyyətin hökumətdə dinc dəyişikliklər etmək hüququna məhdudiyyətlər qoyub. Əsassız həbslər və saxlamalar, xüsusilə hökumət tərəfindən siyasi rəqib hesab olunan şəxslərin həbsi və məhkəmədən öncə saxlanmaların üzunmüddətli olması davam edir. Hökumət insanları siyasi səbəblərə görə həbs edir. Kütləvi informasiya vasitələrinin azadlığı və siyasi fəaliyyətdə iştirakı 2008-ci ildə pisləşib, xüsusilə, BBC, ?Amerikanın səsi? və ?Azadlıq? radiosu FM tezliklərindən çıxarılıb. ABŞ hökuməti insan haqları sahəsində polislərin standartlara riayət etməsini, işgəncələrə, təhqirə və nalayiq hərəkətlərə görə məsuliyyətə cəlb olunmasını təmin etməyə cağırır?. Bu fikirlər ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində yer alıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə məsələyə münasibət bildirərkən Müstəqil İnformasiya Agentliyinə deyib ki, ABŞ Dövlət Departamenti katibliyinin işçiləri nəyisə səhv salıblar: ?Çünki qeyd olunanların heç birinin Azərbaycana aitdiyyatı yoxdur. Düzü, mən həmin hesabatla tanış deyiləm, ona görə də konkret söz deyə bilmərəm. Amma qeyd olunanlar öyrəniləcək, baxılacaq, müvafiq reaksiya veriləcək?. Müxalifətin bu istiqamətdə səsləndirdiyi iddialara gəlincə, YAP-çı deputat ?Azərbaycanda müxalifətin düşündüyünü demək hüququ həmişə qorunub, bundan sonra da qorunacaq. Bu məsələ ilə bağlı da müxalifət olaraq, öz fikirlərini ifadə edə bilərlər. Amma bu, onların dediklərinin həqiqət olması anlamına gəlmir?,- söyləyib. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunanların Azərbaycan gerçəkliklərini özündə əks etdirdiyini bildirib: ?Burada qərəzli münasibət, ikili standart axtarmağa dəyməz. Təəssüf ki, bunlar Azərbaycanda var. Azərbaycan iqtidarı bunu nə qədər gizlətməyə çalışsa da, bu, reallıqdır. Buna görə də səslənən fikirlərdən və hesabatdan nəticə çıxarıb, demokratik dünya ilə təmasları düzgün, sağlam qurmaq lazımdır. Bu da yalnız daxildəki qeyd olunan vəziyyətin düzəlməsi ilə sonuclana bilər?. İ.Ağazadə bəzi hakimiyyət nümayəndələrinin sözügedən hesabatla bağlı ortaya qoyduqları mövqelərini də şərh edib. Onun sözlərinə görə, hakimiyyət nümayəndələrinin məsələyə yanaşmaları yanlışdır: ?Azərbaycanda bundan əvvəl mətbuatla bağlı məsələlər hesabatda, Obamanın çıxışında səslənmişdi. Bu gün korrupsiya və rüşvətxorluqla, insan haqları ilə bağlı səslənən məsələlər hesabatda yer alır. Təəssüf ki, bir mənbədən alınan informasiya deyil, bunlar müxtəlif mənbələrdən alınır və Azərbaycan reallıqlarını əks etdirir. Burada qəzərli nə ola bilər? ABŞ niyə, nədən ötrü qərəzli olmalıdır? İstənilən halda bizdən daha çox Azərbaycan iqtidarı ABŞ-ın hər hansı bir rəsmisi ilə görüşəndə ?ABŞ bizim strateji müttəfiqimizdir?,- deyə mövqe ifadə edirlər. Yaxşı, bəs o dedikləriniz nədir, hesabatdan sonra ?ikili yanaşmalar var?, demək nədir? Hesab edirəm ki, Azərbaycan hakimiyyəti öz fəaliyyətinə diqqət yetirməli və səhvlərindən nəticə çıxarmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA