65 əlil Ukraynaya müalicəyə göndəriləcək

img

10-06-2009 [12:12]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilin sonunadək əlillərin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək. Nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, iyul ayında 65 nəfər əlil Ukraynanın Krım vilayətinin Saki şəhərində yerləşən onurğa-beyin müalicəsi üzrə ixtisaslaşdırılmış mərkəzə müailəyə göndəriləcək. Baş İdarə hazırda müvafiq hazırlıq işləri görür və müalicəyə göndəriləcək əlillərin sənədləri toplanır. Bu il 15 senyabr-Bilik günündə isə öhdəsində iki və daha çox məktəbli əlil olan ailələrin şikəst övladlarına dərs ləvazimatı almaları üçün yardım ediləcək. Bundan başqa, əlillər arasında müxtəlif mədəni-kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsi də nəzərdə tutulur. ƏƏSMN-dən bildirilib ki, 2009-cu ilin sonunadək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 18 yaşayış binasının və 40 fərdi evin tikintisi başa çatdırılacaq. Qeyd edək ki, 2009-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən müvafiq dövlət proqramlarının reallaşdırılmasına 3,62 milyon manat vəsait xərclənməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA