Azərbaycan 117 ölkə ilə ticarət əlaqəsinə malikdir

img

10-06-2009 [12:09]


2009-cu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası 117 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 5,4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib. Xarici ticarət dövriyyəsinin 3,54 milyard dollarını (66,1 faizi) ölkədən ixrac olunmuş mallar, 1,82 milyard dollarını (33,9 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. İxrac-idxal əməliyyatlarının 44,8 faizi Avropa Birliyi, 16,6 faizi MDB ölkələri ilə, 38,6 faizi isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 57,7 faizi Avropa, 28,6 faizi Asiya, 13,1 faizi Amerika, 0,5 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,6 faizi) İtaliya, ABŞ, Rusiya, Fransa, İsrail, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan, Böyük Britaniya, Kanada, İndoneziya, Koreya Respublikası və Çin dövlətləri ilə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA