Ölkəmizdə 28 mindən çox dövlət qulluqçusu var

img

10-06-2009 [12:02]


Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bu il martın 6-da elan etdiyi müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər bir aya yaxındır müsahibə mərhələsində sınağa çəkilirlər. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 29 dövlət orqanındakı 663 vakant dövlət qulluğu vəzifəsi uğrunda 539 namizəd mübarizə aparır. Bu günə olan məlumata görə, 98 namizəd müsahibədən qalib ayrılaraq müvafiq vəzifəyə uyğun hesab edilib. Qeyd edək ki, mayın 12-də başlayan müsahibə iyulun 20-də yekunlaşacaq. Dövlət statistika Komitəsindən MİA-a bildirilib ki, 2009-cu ilin əvvəlinə ölkədə dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 28 min nəfər olub. Onların 28,5 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda işləyənlərin 2,2 faizi inzibati vəzifələrin 1-4-cü, 79,6 faizi 5-9-cu təsnifatları üzrə, 18,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində çalışırlar. Dövlət qulluğu vəzifələrində işləyənlərin 7,8 faizi 1 ilədək, 26,9 faizi 1-5 il, 23,7 faizi 5-10 il, 18,3 faizi 10-15 il, 23,3 faizi isə 15 və daha çox qulluq stajına malikdir. İşləyənlərin əsas hissəsi (55,6 faizi) 35-54 yaşda olanlardır. Dövlət qulluğunun vəzifələrində çalışan işçilərin yaş qrupları üzrə bölgüsü belədir: 30 yaşadək olan qulluqçular 16,5 faiz, 30-34 yaşda olan qulluqçular 12,4 faiz, 35-44 yaşda olan qulluqçular 24,7 faiz, 45-54 yaşda olan qulluqçular 30,9 faiz, 55 və yuxarı yaşda olan qulluqçular 15,5 faiz təşkil edir. 5-9-cu təsnifat üzrə inzibatı vəzifələrdə çalışanların 15,6 faizi şöbə müdirləri, 10,2 faizi şöbə müdirinin müavinləri, 8,3 faizi sektor müdirləri, 24,6 faizi baş məsləhətçilər, 5,4 faizi böyük məsləhətçilər, 13,8 faizi aparıcı məsləhətçilər və 22,1 faizi məsləhətçilərdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,8 faiz komplektləşdirilib. Bu ilin əvvəlinə dövlət qulluğu vəzifələrini tutan işçilərin orta aylıq əmək haqqı 345 manat olub. Onların maaşı bir il ərzində müvafiq olaraq 45,4 faiz artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA