Bakıxanov qəsəbəsində 16 yazlı qız özünü 9 mərtəbəli binanın damından atıb, ancaq sağ qalıb

img

10-06-2009 [10:50]


Dünən axşam saat 19.20 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsi, ev 2-də yaşayan 1992-ci il təvəllüdlü Hacıyeva Məryəm Vaqif qızı yaşadığı 9 mərtəbəli binanın damından özünü atıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən binanın sakinlərindən biri məlumat verib. Daxil olan məlumata görə, 16 yaşlı qız evdə valideynləri ilə münaqişə edəndən sonra özünə qəsd etməyə cəhd göstərib. Amma xoşbəxtlikdən 9-cu mərtəbənin damından yerə düşməsinə baxmayaraq, qız sağ qalıb. Sabunçu rayon 13-cü Polis bölməsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, özünə qəsd etməyə cəhd edən Məryəm Hacıyeva hazırda Kliniki Tibbi Mərkəzə (keçmiş ?Semaşko?) yerləşdirilib. Polis bölməsindən onu da bildirdilər ki, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA