Səhiyyə nazir Oqtay Şirəliyevin sərəncamına 3 milyon manat vəsait verildi

img

09-06-2009 [07:27]


Prezident İlham Əliyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağli bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən respublika əhalisinə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi, bu xidmətin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin alınması məqsədilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibb xidməti üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılıb. Artıq səhiyyə naziri Oqtay Şirəliyevin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin fəaliyyəti ilə bağlı bəhanələrinə son qoyuldu. Belə ki, onun sərəncamına 3 milyhn manat vəsaitin verilməsi sözügedən xidmətin fəaliyyətini güjləndirilməsinə yetərlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA