Müxalifətdən nəqliyyat naziri Ziya Məmmədova qarzı sərt ittihamlar

img

09-06-2009 [07:09]


[/center] - Türkiyə istehsalı olan ortatutumlu avtobuslar çox saz şəkildədirlər. Mən özüm də onların xidmətindən istifadə edirəm. İndi onların marşurutdan çıxırılmasına ehtiyac yoxdur. Onların əvəzində Koreyadan alınmış avtobuslara da məncə, ehtiyac yoxdur. Burada iki hədəf var. Biri Türkiyəyə bu yolla təzyiqlər göstərmək, biri də külli miqdarda dövlət vəsaitini mənimsəmək. Diqqət yetirin, mən ?Reytinq? qəzətindən oxudum, deməli, atobuslar gömrükdən 35 min dollara qeydiyyatdan keçir. Büdcədən həmin avtobuslara ayrılan vəsait 210-250 min dollar ayrılır, həmin şirkət isə deyir ki, atobusu 140-150 min dollara satmışıq. Bu lap ?ətdi, pişik hanı, pişikdi ət hanı? məsəlinə oxşayır. Göründüyü kimi, burada Nəqliyat Nazirliyinin külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı var. İkincisi, əgər Türkiyənin istehsal etdiyi avtobuslardan istifadə etmək olurdusa, niyə onu sıradan çıxarırlar? Hazırda Rusiyada Türkiyənin itstehsal etdiyi Mercedes avtobuslarından istifadə olunur. Hesab edirəm ki, Nəqliyyat Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Ümümiyyətlə, istər Türkiyədə, istər Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkələrin iqtisadiyatı bir-birinə qovuşmldır. Yəni xeyirimizi bir-birimizə verməliyik. [b]- Əvəz bəy, necə düşünürsünüz, Türkiyənin daha ucuz avtobuslarını almaqdansa, niyə başqa ölkələrin daha bahalı avtobusları alınır?[/b] - Ola bilər ki, Türkiyə şirkətləri satdığı avtobusların real qiymətini cəmiyyətə açıqlasın, Koreya isə açıqlamasın. Bu da Nəqliyyət Nazirliyinə sərf eləmir. Yəni Nəqliyyat Nazirliyi ilə Koreya şirkəti ?centlmen? razılığına gəlirlər ki, avtobuslarn real qiyməti barədə məlumat verilməsin. Amma görürsünüz ki, mətbuatda bu məsələ araşdırılıb və əslində Nəqliyyat Nazirliyinin nə qədər dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb. [b]- Müxalifət olaraq, fəaliyyətində neqativ hallar olan nazirlik, yaxud nazirlərlə bağlı tədbir görülməsi üçün hakimiyyət rəhbərliyinə hər hansı bir təklif vermək fikriniz varmı?[/b] - Nəyin ki, nazir, komitə sədri qanunu pozan hər bir məmurla bağlı sözsüz ki, ölçü götürülməlidir. Məsələ burasındadır ki, Azrbacan nazirləri yuxarılarla paylaşamdan hansısa maxinasiyalar yol vermirlər. Məsələn, Nəqliyyat Nazirliyində hər hansı külli miqdarda yeyinti baş verirsə, yuxarıların ?dabro?su olur. Ona görə də səndən sənə şikayət etməyə dəyməz. Mənə gəlir ki, biz xalqdan dəstəy alıb dəyişikliklərə nail olmalıyıq. Sözsüz ki, daha çox korrupsionerləri ifşa etməli və onların iç üzlərini açıb cəmiyyətə göstərməliyik. Bu günlərdə Statistika Kositəsi bildirdi ki, dövlət vəsaiti hesabına hər biri 41 min dollara uzunqulaq alıb. Rusların bir sözü var ?tuqadum?. Bir hökumət nə qədər ?tuqadum? olmalıdır ki, mercedesdən baha uzunqulaq alır. Məgər Azərbaycanda uzunqulaq yoxdur. Məsəloə bundadır ki, 41 min dollara Azərbaycanda 400 uzunqulaq almaq olar. Heç olmasa, o pulu Azərbaycan kəndlisinə verəydilər. Ümumiyyətlə, 41 dollar bir uzunqulağa pul vermək Azərbaycan xalqına həqarətdir. Təəssüf edirəm ki, bu kimi hallara cəmiyyətimizdə geniş biganəlik yaranıb. Məgər hakimiyyət sahibləri bilmir ki, həkim 85 manat, professor 200 manat, müəllim 100-150 manat aldığı halda 41 min dollara bir uzunqulağa vermək olmaz? Onlar çox gözəl bilirlər. Çünki yaxşı bilirlər ki, bir adamın evində bir həftəlik azuqəsi olsa, mitinqə çıxıb haqqını tələb edəcək. Ona görə də ümumxalq aclığını idarə metoduna çeviriblər. [b]- Ümumiyyətlə, son günlər ?hökumət istefaya getməlidir? şüarı tez-tez səslənir. Bu barədə Siz nə düşünürsünü?[/b] - Əslinə qalsa, Azərbaycanda hüquqi mənasında hökumət yoxdur. Sağlam məntiqlə Nazirlər Kabineti hökumət sayılmaldır. Biz də isə Nazirlər Kabineti prezidentin icra orqanıdır. Baş nazir isə sadəcə buyruqçudur. Ona görə də düşünürəm ki, Artur Rəsizadənin, Nazirlər Kabinetinin bütövlükdə istefaya getməsi, yaxud hansısa oliqarx nazirin istefaya getməsi heç nəyi dəyişmir. Çünki bu hökumət xalq qarşısında heç bir hesab vermir. Məncə, Azərbaycanda idarəetmə sistemində dəyişiklik etmək lazımdır. Bu mənada hesab edirəm ki, Azərbaycanın prezidentli parlament respublikasna çevrilməsi məsələsi gündəmə gəlməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA