Sükan arxasında telefonla danızan 10 min sürücü cərimələnib

img

09-06-2009 [06:14]


Yol polisi bundan sonra sükan arxasında mobil telefonla danışan heç bir sürücüyə güzəşt etməyəcək və onlar yerindəcə cərimələnəcəklər. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi yol patrul əməkdaşlarına belə bir tapşırıq verib. Buna səbəb sürücülər arasında avtomobili idarə edən zaman diqqəti yayındıra biləcək hərəkətlərə yol verənlərin sayının həddindən artıq çoxalmasıdır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) ictimaiyyətlə əlaqələr şöbəstinin əməkdaşı Ərəstun Məcidov Müstəqil İnformasiya Agentliyinə deyib ki, ?Yol hərəkəti qaydaları haqqında? Qanunda və İnzibati Xətalar Məcəlləsində diqqəti yayındıra biləcək əməllərə yol vermə ilə bağlı cəzalar kifayət qədər sərt olsa da əksər sürücülər sükan arxasında mobil telefonla danışmaqdan çəkinmir. BDYPİ-nin əməkdaşı mayor Kamran Əliyev isə bildirib ki, yol polisinin apardığı müşahidə və reydlər zamanı maşın sürərkən mobil telefonla danışan sürücülər qanunvericiliyə uyğun şəkildə 10-20 manat məbləğində cərimələnir. Bu zaman tətbiq olunan cərimə sürücünün yol verdiyi qanunsuzluğun miqyasından asılıdır. BDYPi-dən verilən məlumata görə, ötən il 10 mindən çox sürücü sükan arxasında mobil telefonla danışmağa görə, cərimələnib. BDYPİ rəsmiləri etiraf edirlər ki, bu rəqəm sükan arxasında diqqəti yayındıra bilən əməllərə yol verən sürücülərin heç 1/10-i deyil. Elə BDYPİ rəhbərliynin yol patrul əməkdaşlarına sözügedən məsələ ilə bağlı məsuliyyəti artırmağı tapşırması da bununla bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA