ilham Əliyev sentyabrda Rumıniyaya səfər edəcək

img

09-06-2009 [04:12]


Bakıda səfərdə olan Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Boqdan Auresku daha sonra bildirib ki, azərbaycanlı həmkarı ilə məhsuldar müzakirələri olub. Görüşdə ikitərəfli münasibətlər və strateji əməkdaşlıq haqda müzakirələr aparılıb. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Rumıniyaya sentyabrda nəzərdə tutulmuş səfəri barədə danışıqlar aparılıb. "NATO tərəfdaşlığı, strateji təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq, o cümlədən Avropaya hidrokarbogen ehtiyatlarının təhlükəsiz ötürülməsi məsələləri də müzakirə predmetləri oldu. Azərbaycanla Rumıniya arasında birgə həyata keçiriləcək iqtisadi layihələri də nəzərdən keçirdik. Həmçinin ölkələrimizin səfirliklərinin qarşılıqlı fəaliyyəti və onların NATO nümayəndəlikləri ilə birgə işbirliyini müzakirə etdik. Mən bu gün və sabah NATO məktəbinin bu təşkilatın 21-ci əsrdə rolu mövzusunda keçiriləcək bir sıra tədbirlərində iştirak edəcəm. Bu tədbirlər bizim buradakı səfiriliyimiz tərəfindən təşkil olunub", deyə B. Auresku bildirib. Qeyd edək ki, iyunun 11-nə kimi davam edəcək səfər çərçivəsində ali diplomat NATO tərəfdaşlıq şurasının Bakıda keçiriləcək "Enerji təhlükəsizliyi: təhdidlər və perspektivlər" mövzusunda seminarında əsas məruzəçi olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA