Səhiyyə Nazirliyindən dərmanlarla bağlı problemin olmadığını deyirlər

img

09-06-2009 [03:33]


?Azərbaycana gətirilən dərman qutularındakı təlimatların demək olar ki, 80 faizi Azərbaycan dilinə tərcümə olunub?. Bu barədə açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli Müstəqil İnformasiya Agentliyinə deyib ki, tərcümə işi uzun zaman apardığına görə bir az vaxt tələb edir: ?Razıyam ki, dərmanların çoxluğuna görə tərcümələrdə əksər hallarda gecikmələr olur. Amma çalışırıq ki, tərcümə işlərində gecikmə halları olmasın. Onu da bildirim ki, Səhiyyə Nazirliyinin nəzdində Analitik Ekspertiza Şöbəsi fəaliyyət göstərir. Bu şöbə bütün dərmanların tərkibinə, ekpertizadan keçməsinə, keyfiyyətinə, satışına və apteklərin vəziyyətinə nəzarət edir?. Qeyd edək ki, tibb elmlər doktoru Adil Qeybulla mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda dərmanların reystri yoxdur. A.Qədirli isə A.Qeybullanın dediklərinin yanlış sayır: ?Azərbaycana gətirilən dərmanlar üçün reystr nəzarəti var. Bunun olmaması mümkün deyil. Hətta analitik ekspertizanın tərkibində də reystr fəaliyyət göstərir. Təbabət üzrə elmlər doktorunun fikri yanlış ola bilər. Çünki o, bu işlər üzrə mütəxəssis deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA