?Azərsu?: ?Yay mövsümündə əhali su problemi yazamayacaq?

img

09-06-2009 [02:37]


?Yay mövsümündə əhali içməli su ilə bağlı hər hansı bir problem yaşamayacaq?. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ?Azərsu? Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilib: ?Suyun əhaliyə verilməsi, qış mövsümündə olduğu kimi, yayda da eyni qayda da olacaq. Bildiyiniz kimi, havaların istiləşməsi suya olan tələbatı artırır. Buna görə də ?Azərsu? Səhmdar Cəmiyyəti olaraq çalışırıq ki, yay mövsümündə əhaliyə su problemini yaşatmayaq?. ?Azərsu?dan onu da bildiriblər ki, sözügedən qurumun Sumqayıt Elektrik Şəbəkə ilə münasibətlər normaldır: ?Sumqayıt Elektrik Şəbəkə ilə olan problem öz həllini tapıb. ?Azərsu? Səhmdar Cəmiyyəti olaraq, Sumqayıt Elektrik Şəbəkəyə olan borclarımızı danışıq yolu ilə ortaq məxrəcə gəlib ödəyirik. Hazırda ?Azərsu? Səhmdar Cəmiyyəti ilə Sumqayıt Elektrik Şəbəkəsi arasında heç bir problem yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA