Pənah Hüseynin orduyla bağlı qaldırdığı məsələ parlament rəhbərliyinin narazılığı ilə qarzılandı

img

09-06-2009 [01:07]


Milli Məclisin bugünkü iclasında Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseynlə parlament rəhbərliyi arasında narazılıq yaranıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, P.Hüseyn Müsavat Deputat Qrupunun adından bəyanatla çıxış edərək ordudakı son olaylara diqqət yetirilməsinin vacibliyini nəzərə çatdırıb: ?Bu gün ordudakı vəziyyət acınacaqlıdır. Hesab edirəm ki, orduya diqqət yetirilməlidir. İnsanlar da bundan ciddi narahatdır. Hətta bəzi bölgələrdə vətəndaşlar orduya çağırışdan imtinayla bağlı şüarlarla çıxış edirlər. Bu da çox ciddi məsələdir. Bu məsələlərlə bağlı məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə qoymaqla iş bitmir. Bu işdə Ali Baş Komandan özü müdaxilə etməlidir. Müdafiə naziri də şəxsən məsələlərə nəzarət etməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi gəlsinlər parlamentdə deputatlar qarşısında bu məsələlərə aydınlıq gətirsinlər?. Spiker Oqtay Əsədov isə P.Hüseynin çıxışına münasibət bildirərkən, bu məsələlərin şişirtməyə ehtiyacın olmadığını deyib: ?Bir az canıma qorxu düşdü ?ciddi vəziyyət? deyəndə. Nə olub ki? Orduda nə ciddi vəziyyət var ki?! Gül kimi ordumuz var, inkişaf edir. Yeməkxanada adi hadisə baş verib, onu elə təqdim edirsiniz ki, guya ciddi nəsə olub. Əslində isə aparılan araşdırmalar göstərdi ki, narahatçılığa heç bir əsas yoxdur. Baş verən hadisə deyilən formada olmayıb?. Sonra isə vitse-spiker Ziyafət Əsgərov çıxış edərək, Pənah Hüseynin açıqlamalarına münasibət bildirib. Z.Əsgərəov bildirib ki, Azərbaycan Ordusundakı vəziyyət tam nəzarət altındadır və heç bir problem yoxdur: ?Hərbiçilərə yüksək səviyyədə qayğı göstərilir. Hazırda hərbiçilərin ipoteka kreditlərindən yararlanması məsələsi gündəmdədir. Bu yaxınlarda da Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşmüşük, narahatçılığa heç bir əsas yoxdur. Məsələləri də bu şəkildə şişirtmək lazım deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA