Bu gün Milli Məclisin növbədənkənar sessiyasıdır

img

08-06-2009 [07:46]


Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. İclasda ?Könüllülük fəaliyyəti haqqında? qanun layihəsi üçüncü oxunuşda qəbul olunacaq. Bundan başqa, sessiyada ?Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında?, ?Bələdiyyələrin statusu haqqında qanuna əlavələr və dəyişikliklər edilməsi barədə?, ?Mühasibat uçotu haqqında? Qanunun və ?Mühasibat uçotu haqqında? Qanunun qüvvəyə minməsi barədə? Milli Məclisin 1995-ci il 24 mart tarixli 999 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında?, ?Bank olmayan kredit təşkilatları haqqında? və ?Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında? qanun layihələrinə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA