DAK nümayəndəsi Qazaxıstanda keçiriləcək beynəlxalq tədbirdə iztirak edəcək

img

08-06-2009 [06:23]


24-25 iyun 2009-cu il tarixindəQazaxıstanın paytaxtı Astana şəhərində Avroatlantika əməkdaşlıq Şurasının (AAAC) III Təhlükəsizlik Forumu keçiriləck. MİA-ya daxil olan məlumata görə, tədbirdə DAK-ın Qazaxıstan nümayəndəliyinin sədri Araz Xudiyev də iştirak edəcək. Konqres rəsmisi foruma Qazaxıstanın Xarici işlər Nazirliyi tərəfindən rəsmi şəkildə dəvət olunub. Bundan əlavə, forumun işində AAAC vƏ NATO-nun 50 ölkəsinin, digər dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Eyni zamanda tədbir çərçivəsində ?Rouz-Roud? parlamentlərarası forum-seminar da keçiriləcək. Forum-seminar Avroatlantika məkanının təlükəsizliyinə həsr olunacaq. Qeyd edək ki, tədbirin Astanada keçirilməsi Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb və təklif NATO-nun dəstəyini qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA