Mütəxəssis qida zəhərlənmələrinin sayının artacağını deyir

img

08-06-2009 [04:22]


Respublika ərazisində ilan sancmalarından zəhərlənənlərin artdığı bildirilir. Kliniki Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, rəhbərlik etdiyi şöbəyə iki-üç gün ərzində ilan sancmaları ilə bağlı müraciət olunmayıb. Onun sözlərinə görə, sözügedən şöbəyə son iki gündə spirtli içkidən zəhərlənməylə bağlı müraciətlər edilib: ?Yay mövsümü ilə əlaqəli yemək rasionunda dəyişikliklər olduğuna görə, orqanizmi zəif olan bəzi insanlarda əksər hallarda qidalara, spirtli və spirtsiz içkilərə reaksiya daha çox meylli olur. Bu da nəticə etibarı ilə zəhərlənməyə gətirib çıxarır?. Şöbə müdirinin sözlərinə görə, orqanizmləri zəif olan insanlar mümkün qədər qidalarına fikir versələr, daha yaxşı olar: ?Qarşıdan isti yay günləri gəlir. Bu baxımdan, qida zəhərlənmələrinin sayı arta bilər. Odur ki, insanlar yediklərinə və içdiklərinə fikir versələr, yaxşı olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA