Qadın parlamentinin yaradılması üçün hüquq müdafiəçiləri ilə danızıqlar aparılır

img

08-06-2009 [04:12]


Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Oslo səfərindən qayıdıb. Müstəqil İnformasiya Agentliyinə məlumat verən N.Cəfəroğlunun sözlərinə görə, səfərin əsas məqsədi insan haqları və söz azadlığına dair forumda iştirak etmək olub: ?Forumda ölkəmiz adından insan hüquqları ilə bağlı çıxış etdim. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya və Fransa nümayəndələri də iştirak edirdilər. Müzakirə edilən digər bir məsələ hüquq müdafiəçilərinin təzyiqlərlə üzləşdikləri zaman beynəlxalq təşkilatların onlara hansı formada kömək edə bilmələri oldu. Səfər çərçivəsində ?Şərqi Avropanın azad mətbuatı? mükafatının təqdimetmə mərasimində də iştirak etdim. Azərbaycanın adının orada çəkilməsindən qürur hissi keçirdim. Bu, ölkəmiz üçün önəmlidir?. N.Cəfəroğlu həmçinin Qadın Parlamentinin yaradılması məsələsinə də toxunaraq bildirdi ki, hələki parlamentin strukturunun müəyyənləşməsi üçün yerli və xarici hüquq müdafiəçiləri ilə danışıqlar aparılır: ?Danışıqlardan sonra konfrans keçirməyi planlaşdırırıq. Konfransda yaradılacaq parlamentin strukturu müəyyənləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA