80 ömürlük məhbusun Avropa Şurasına müraciəti müsbət nəticə verəcək

img

08-06-2009 [03:14]


Qobustan Qapalı Həbsxanasındakı (QQH) vəziyyətlə maraqlanmaq üçün yaxın vaxtlarda bir sıra beynəlxalq təşkilatların nümayəndələri sözügedən həbsxanaya baş çəkəcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova məlumat verib. Komitə sədrinin sözlərinə görə, 80-ə yaxın məhbusun Avropa Şurasına müraciəti müsbət nəticə verə bilər: ?1998-ci ildə ölüm cəzası ləğv olunarkən, ölkədə ən ağır cəza 15 il müddətinə azadlıqdan məhrum etmə idi. Buna baxmayaraq, o vaxt 132 nəfər məhbus ömürlük cəzaya məhkum edilmişdilər. Bu gün həmin şəxslərin 80 nəfəri Qobustan Qapalı Həbsxanasında cəza çəkir. Məsələylə əlaqədar həmin məhbuslar Avropa Şurasına müraciət ünvanlayaraq bu məsələyə yenidən baxılmasını istəyiblər. Qeyd edim ki, onlar dəfələrlə müvafiq yerli təşkilatlara müraciətlər etsələr, hətta kütləvi şəkildə aclıq aksiyası keçirsələr də, bu, heç bir nəticə verməyib. Sonda çıxış yolunu beynəlxalq təşkilatlara müraciətdə görüblər. Komitə olaraq, biz bu addımı müsbət qiymətləndiririk və nəticənin ürəkaçan olacağına inanırıq?. M.Rzaxanovanın dediyinə görə, sözügedən həbsxanada yaradılmış qəddar rejimlə bağlı rəhbərlik etdiyi komitənin beynəlxalq təşkilatlara müraciətinə gəlincə, bəzi təşkilatlardan artıq cavab alıblar: ?Çox güman ki, həmin təşkilatlar yaxın vaxtlarda öz nümayəndələrini həbsxanaya göndərərək, oradakı vəziyyətlə tanış olacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA