08-06-2009 [12:27]
Bu gün aprelin 30-da Azərbaycan Neft Akademiyasında 13 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsindən 40 gün ötür. Qeyd edək ki, aprelin 30-unda Neft Akademiyasının tədris korpuslarından birinə daxil olan 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxanlara ?Makarov? tipli tapançadan atəş açaraq 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonda isə özünü öldürüb.
Rəsmi məlumata görə, cinayəti törətmiş şəxsin üstündən ?Makarov? tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu istintaqın gedişi haqda indiyəcən iki rəsmi açıqlama yayıb. Mayın 4-də yayılmış ilk məlumatda deyilirdi: ?Müəyyən olunmuşdur ki, cinayəti törətmiş Qədirov Fərda Əsəd oğlu 1980-ci ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olmuş, uzun müddət Rusiya Federasiyasında yaşamaqla 2008-ci ilin oktyabrında doğulduğu kəndə qayıtmışdır. 2009-cu il martın 12-də ?Marneuli-Bakı? sərnişin avtobusunun sürücüsünün köməkçisi işləyən Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin şəhərdə görüşən Fərda Qədirov Bakıda kirayə mənzil axtardığını bildirmişdir. Ariz Qabulov paytaxtın Nizami rayonu, Çobanzadə küçəsində yerləşən, qardaşı - Marneuli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili ona kirayəyə verməyə razılaşmışdır. Ertəsi gün onlar avtobusla Bakıya gəlmiş və Fərda Qədirov həmin mənzili təhvil almışdır.
Həmin ünvanda aparılmış axtarış zamanı mənzildən hər biri bir ədəd olmaqla 9 mm kalibrli patron, üzərində canavar təsviri olan sintetik materialdan hazırlanmış qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri aşkar edilib götürülmüşdür.
Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində Fərda Qədirovun köməkçisi qismində iştirak etmiş həmkəndlisi Əliyev Nadir Şirxan oğlu müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Araşıdrmalar göstərmişdir ki, Fərda Qədirov Qazax rayonu, Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlamışdır. Sonuncu martın 15-də Bakı şəhərinə gələrək Fərda Qədirovla mütəmadi görüşmüşdür.
Nadir Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə aprelin 30-u saat 9.30 radələrində odlu silahla silahlanmış Fərda Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak etmişdir. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Nadir Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə cinayəti törətmiş Fərda Qədirovla qohumluq əlaqələri olan və hadisədən əvvəl onunla müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Marneuli rayonunun Şulaveri qəsəbə sakini Amirov Cavidan Fərman oğlu da müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Onun yaşadığı mənzildə aparılmış axtarışla ?AKM? avtomatına və ?Makarov? tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram çəkidə narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülmüşdür. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavidan Amirov barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Mayın 15-də yayılmış məlumatda isə bildirilib ki, Gürcüstanın hüquq mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə ?Kula ARMS Corciya? Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkli aşkar edilmişdir: ?Fotoşəkillərdən ikisinin arxasında ?24 fevralə 2009 q. Qadirov Farda Odinokiy Volk?, digərində isə ?U menə kajdıy şaq smertğ. 10 noəbrə 2008 q. Qadirov Farda? sözləri yazılmışdır.
Əşyaların içində həmçinin müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokaset, üzərində rus dilində ?Telefonun kamerasına bax, görərsən mən kiməm? yazısı olan kağız parçası, telefonunda isə ?Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam? deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülmüşdür.
Gürcüstanın hüquq mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiya Federasiyasından Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə ?Makarov? tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilmişdir.
Törədilmiş bu ağır cinayətdə Sergey Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhədindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır?.
Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qırğının 40-cı günündə ?Media forum?un suallarını cavablayarkən yeni məlumat verməyib.
Terrorla bağlı neçə nəfərin həbsdə olduğu məlum deyil. Olayın motivi ilə bağlı sual da açıq qalır. Prokurorluğun sözçüsü bildirib ki, suallara növbəti rəsmi açıqlamada aydınlıq gətiriləcək. E.Sultanov növbəti məlumatın nə zaman yayılacağını açıqlamayıb: ?Zərurət yarananda açıqlama yayılacaq və aparılan araşdırmaların nəticələri barədə məlumat veriləcək?.
Aprelin 30-da ADNA-nın tədris korpuslarından birinə daxil olan 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov ?Makarov? tapançası ilə 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, daha sonra özünü məhv edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun istintaqın gedişi ilə bağlı yaydığı açıqlamalarda iki nəfərin həbs olunduğuna dair məlumat yer alıb - Nadir Əliyev və Cavidan Amirov. Amma qanlı olayla bağlı həbs olunanların sayının 2-dən çox olduğu bildirilir.
Mayın 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında olan hüquq müdafiəçisi Elçin Behbudov olayla bağlı tutulan 8 nəfərlə görüşdüyünü açıqlayıb. Daha sonra bu şəxslərdən birinin ? Mədət Kazımovun azadlığa buraxıldığı məlum olub. Amma M.Kazımovun nə həbsi, hə də azadlığa buraxılması ilə bağlı rəsmi açıqlama verilib. Yalnız baş prokurorluq və DİN-in mayın 12-də yaydığı birgə məlumatda M.Kazımovun adı keçib: ?Araşdırmalar göstərmişdir ki, Fərda Qədirov Qazax rayonu, Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlamışdır?.