Elmira Süleymanova Beynəlxalq Ombudsmanlar institutunun IX Dünya konfransına qatılacaq

img

08-06-2009 [11:20]


İyunun 9-dan 12-dək İsveçin paytaxtı Stokholm şəhərində bu ölkənin və dünyanın ilk Ombudsman Təsisatının 200 illik yubileyi münasibətilə Beynəlxalq Ombudsmanlar İnstitutunun IX Dünya konfransı keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova təmsil edəcək. Konfransda Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti Vilyam Anqrikin ?Ombudsmanın fəaliyyətinə təsir edən qlobal cari məsələlər?, BMT-nin sabiq baş katibi Kofi Annanın ?Suverenliyin konsepsiyası: dövlətin və fərdlərin hüquqları?, BMT-nin insan hüquqları üzrə ali komissarı Navanetem Pilayın ?İnsan hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər? mövzularında çıxışları nəzərdə tutulub. Bundan başqa, konfransda insan hüquq və azadlıqlarının təmin olunması və müdafiəsi, bu sahədə ombudsmanların fəaliyyəti və digər mövzularda müzakirələr keçiriləcək, təcrübə və məlumat mübadiləsi aparılacaq. E.Süleymanova müzakirələrdə iştirak edəcək. Onun illik məruzələri, təcavüzkar Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları və soyqırımı ilə bağlı bəyanatları, Heydər Əliyev Fondunun Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən ingilis dilində nəşrləri, ölkəmizdə həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının nüsxələri iştirakçılara təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA