Nəqliyyat naziri Ziya Məmmədovun paytaxt sakinlərini narazı salan növbəti qərarı

img

06-06-2009 [01:56]


Nəqliyyat naziri Ziya Məmmədov iyunun 2-də Bakıya gətirilmiş yeni sərnişin avtobuslarını ölkə başçısını təqdim edərək, bunun paytaxt sakinlərinin rahatlığı üçün atılan addım olduğunu bəyanladı. O bildirdi ki, Koreya Respublikasının ?Daewoo? şirkətinin istehsalı olan bu avtobuslar rahatlığı və müasirliyi ilə diqqəti cəlb edir. Avtobusların uzunluğu 11,940 metr, eni 2,5 metr, hündürlüyü isə 3,2 metrdir. Dizel mühərikki ilə işləyən avtobusların yanacaq tutumu 260 litr, yanacaq sərfiyyatı isə hər 100 kilometrə 38 litrdir. Salonunda 31 oturacaq olan avtobuslar ümumilikdə 85 sərnişini birdəfəyə aparmaq imkanına malikdir. Yeni avtobuslar əsasən 325, 309, 70, 137 saylı marşurutlarda işləyəcəkdir. Amma prezident İlham Əliyev Rusiya səfərinə gedən kimi Nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısına verdiyi sözləri unudaraq, 325, 309, 70, 137, 11 saylı marşurutlarla yanaşı digər marşurut sahiblərinə də yeni avtobuslara satmaq niyyətinə düşüb. Artıq 3 gündür ki, Bakıda vətəndaşlar avtobusdan məcburən düşürdülür və marşrut sahiblərinə yeni gətirilən avtobusları almadıqları təqdirdə işləməyəcəkləri bildirilir. Dünən isə hətta 318 salı marşurutunda sərnişinlərinə qarşı kobudluq da edilib. 2 avtobus isə cərimə meydançasına aparılıb. Maraqlıdır ki, Ziya Məmmədov prezidentə hesabat verəndə 318 saylı marşurutun adı yox idi. Nəqliyyat naziri Ziya Məmmədovun bu addımları isə ciddi şəkildə narazalıq yaradıb. Belə ki, paytaxtda sərnişin daşıyan mikroavtobusların xətdən çıxarılması sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət sxemində müəyyən dəyişikliyə səbəb olur, vətəndaşlar işə gecikirlər və s. Nəqliyyat Nazirliyi Katibliynin müdiri Namiq Həsənovun sözlərinə görə, hazırda mikroavtobusların iritutumlu avtobuslarla əvəzlənməsi işi həyata keçirilir. Ancaq dünəndən bəri yollarda marşurutları saxlayaraq, sərnişinləri yolun ortasında düşürürlər. Səbəbini soruşanda isə Nəqliyyat Nazirliyindən belə bir göstərişin verildiyi söylənilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün səhərdən başlayaraq ?Otoyol?, ?Uzotoyol?, ?İveko? markalı avtobusların şəhərə daxil olmasına qadağa qoyulub. Nəqliyyat Nazirliyinin əməkdaşları ?Xətai? stansiyasının ətrafına toplaşaraq, qeyd etdiyimiz markalı avtobusları şəhərə buraxmayıblar. Hətta sərnişinləri belə avtobusdan kobudluqla düşürürlər . Qeyd edək ki, səhər saatlarında işə gedən sərnişinlərin yolun yarısında heç bir əsas olmadan avtobuslardan düşürülməsi ciddi narazılıq yaradıb. MİA.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, sərnişinlərlə Nəqliyyat Nazirliyinin əməkdaşları arasında insident də yaranıb. Amma nazirlik əməkdaşları onlara bu göstərişin yuxarıdan verildiyini bildiriblər. Qeyd edək ki, paytaxtda sərnişin daşınması ilə məşğul olan mikroavtobusların iri və orta tutumlu avtobuslarla əvəzlənməsinə ötən il başlanılıb. Bu günlərdə isə ölkəyə Koreya Respublikasının ?Daewoo? şirkətinin istehsalı olan daha 222 iri tutumlu avtobus gətirilib. Nəqliyyat Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri MİA.az-a bildrib ki, mikroavtobuslardan əlavə, bəzi iri tutumlu avtobusların da marşurutdan çıxarılması nazir Ziya Məmmədovun əmridir: ?Bildiyiniz kimi, bu günlərdə ölkəyə 220-dən çox iritutumlu avtobuslar gətirilib. Bu avtobusları xəttə buraxmaq üçün isə mikroavtobusların marşurutdan çıxarılması kifayət etmir. Ona görə də hazırda bəzi avtobuslar köhnəlmiş və istifadəyə yararsız adı marşurutdan çıxarılır. Bunun səbəi isə ölkəyə yeni gətirilən avtobusların Ziya Məmmədova məxsus olmasıdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksində hər şeyi öz nəzarətinə alan nazir paytaxt daxilindəki nəqliyyatı da tamamiylə nəzarətə götürmək istəyir. Bu proses davam edəcək. Qısa müddət ərzində Bakıdakı bütün köhnə avtobuslar marşurutdan çıxarılacaq, əvəzində isə Ziya Məmmədova məxsus iritutumlu avtobuslar xəttə buraxılacaq?. Qeyd edək ki, nəqliyyat sistemindəki bu ?islahatlar? sərnişinlərlə yanaşı, xətdən çıxarılan mikroavtobus və avtobus sahiblərinin də narazılığına səbəb olub. Çünki şəhərdaxili marşrutdan çıxarılan avtobuslara digər yerlərdə də fəaliyyət göstərməyə şərait yaradılmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA