Mina axtaranlara daha müasir qurğu verilib

img

05-06-2009 [04:00]


Ötən ay ərzində 2 milyon 348 min 225 kv.m. ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətinin əməkdaşı Səbinə Cəlilova məlumat verib. Onun sözlərinə görə, aparılan əməliyyatlar zamanı 20 min 601 partamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib: ?Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran itdən istifadə olunub. Təmizləmə əməliyyatı əsasən Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Ağstafa və Samux rayonlarında aparılır. İşğal altında olan ərazilər də daxil olmaqla, Beyləqan, Naxçıvan, Göygöl, Qazax və Tovuz rayonları təhlükəli ərazilər hesab olunur. Qeyd olunan bölgələrdə hazırda Agentlik tərəfindən əməliyyat işləri aparılmır. Yaxın gələcəkdə Tovuz və Güzdək rayonlarının minadan təmizlənməsi nəzərdə tutulur?. S.Cəlilova ötən ay ərzində sözügedən məsələylə bağlı heç bir bədbəxt hadisənin baş vermədiyini və bu sahədə müəyyən irəliləyişə nail olunduğunu da deyib: ?3-6 may 2009-cu il tarixində Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri şahzadə Mired Raad Əl Hüseynin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində şahzadə Mired ANAMA-nın əməliyyatlar apardığı Füzuli rayonunda olmuş, Nazirlər Kabinetində və Prezident Administrasiyasında görüşlər keçirmişdir. Mayın 20-də isə ANAMA-nın əsas ofisində BMT-nin İnkişaf Proqramı ilə birgə layihənin üçüncü mərhələsi üzrə sənədin imzalanma mərasimi keçirilib. ANAMA ölkəmizdə minatəmizləmə siyasətinin davamı olaraq Yeni Zenlandiyadan ?ikeGPS? müasir qurğusunu əldə edib. Belə ki, bu qurğu vasitəsilə uzaq məsafədən görüntüləri mövqeləşdirməklə səmərəli, təhlükəsiz və daha tez bir zamanda məlumatı əldə etmək mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA