Yay mövsümünün gəlizi ilə əlaqədar dəmiryol nəqliyyatında bəzi dəyizikliklər edilib

img

05-06-2009 [02:38]


Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib: ?Bakı-Gəncə sərnişin qatarının ləğv olunması nəticəsində həmin qatardan 5 vaqon Bakı-Ağstafa qatarına keçirilib. Beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda isə Bakı-Tümen qatarına əlavə vaqonlar qoşulub. Bakı-Rostov qatarında da dəyişiklik edilib. Artıq bu istiqamətdə Şimali Qafqaz Dəmir Yolunun heyəti fəaliyyət göstərəcək. Bu qatar həftənin bazar ertəsi və şənbə günləri yola düşəcək. Bizim heyət bu istiqamətdə fəaliyyətini dayandırıb?. N.Əzməmmədovun sözlərinə görə, hər zamankı kimi mövsümlə əlaqədar sərnişinlərin sayında artım müşahidə olunmaqdadır. Lakin sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarlara əlavə vaqonların qoşulması üsulundan istifadə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA