Ali məktəblərə qəbul imtahanlarının tarixləri bəlli oldu

img

05-06-2009 [11:59]


Bu gün Azərbaycanda ali məktəblərə tələbə qəbulu üzrə dövlət imtahanlarının tarixləri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən mətbuat konfransında jurnalistlərə bu barədə məlumat verilib. Beləliklə, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 5-də, I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 12-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 18-də, II ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 24-də keçiriləcək. Rus bölməsində təhsil alan abituriyentlər üçün Azərbaycan dili üzrə imtahan isə iyunun 21-də keçiriləcək. Qeyd edək ki, abituriyentlər iyunun 18-dən sonra TQDK-nın saytından imtahanlara buraxılış vərəqini çap edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA