Prezident Vaqif Səmədoğlunu ?Şərəf? oreni və digər zəxsləri isə fərdi təqaüdlə mükafatlandırıb

img

04-06-2009 [10:17]


Bu gün prezident İlham Əliyev bir sıra sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibəti ilə Vaqif Səmədoğlunun ?Şərəf? ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Bundan əlavə, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Cavadov Əjdər Əhməd oğlu və Quliyev Zakir Bəybala oğluna ?Azərbaycan Respublikasının əməkdar mühəndisi? fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb. İlham Əliyev ?Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı böyük xidmətləri olan Axundov Rafael Mirvahab oğlu və Qazıbəyov Nadim Hüseyn oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilməsi barədə də sərəcam imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA